...

Azərbaycanla Laos arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub (FOTO)

Siyasət Materials 1 Dekabr 2016 11:17 (UTC +04:00)
İqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Milli Assambleyasının (Parlament) Prezidenti xanım Pany Yathotou ilə görüş keçirib.
Azərbaycanla Laos arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

İqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin Milli Assambleyasının (Parlament) Prezidenti xanım Pany Yathotou ilə görüş keçirib.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanla Laos arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsininə dair müzakirə aparılıb. Görüşdə səfir A.İmanov Azərbaycanla Laos arasında tarixən dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib və bu münasibətlərin müasir dövrdə də davam etdirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb.

Səfir ikitərəfli münasibətlərin inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin böyük önəm kəsb etdiyini vurğulayıb və bu sahədə əməkdaşlığın qurulması üçün müvafiq addımların atılmasının gərəkdiyini bildirib. Səfir parlament nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadiləsinin parlametlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından faydalı olacağını qeyd edib.

P.Yathotou Azərbaycanla parlamentlərarası əməkdaşlığın qurulub, inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, qarşılıqlı olaraq hər iki ölkə parlamentində dostluq qruplarının yaradılmasının vacibliyini söyləyib. P.Yathotou ölkələr arasında mövcud olan tarixi dostluq münasibətləri əsasında parlamentlərarası əməkdaşlığın qurulması prosesinin daha asanlıqla reallaşacağına inandığını vurğulayıb. O, vaxtilə Azərbaycanın ali təhsil ocaqlarından məzun olmuş, yüksək peşəkarlıq səviyyəsinə malik olan laoslu kadrların ölkəsinin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Sonra səfir A.İmanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətinə geniş məlumat verib. Səfir Ermənistanın 20 faiz Azərbaycan torpaqlarını işğal etməsi və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb. Səfir münaqişə ilə bağlı BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirib. Səfir ölkəmizin münaqişəni beynəlxalq hüquqa əsasən sülh yolu ilə həll olunmasına çalışdığını diqqətə çatdırıb. Səfir münaqişə ilə bağlı Laos parlamentində müzakirələrin keçirilməsini, Ermənistanın işğalçılıq siyasətini pisləyən və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəkləyən qətnamənin qəbul olunmasını xahiş edib.

P.Yathotou cavab olaraq munaqişənin sülh yolu ilə yaxın gələcəkdə həll olunacagına ümid etdiyini bildirib. O, Parlamentin xarici əlaqələr komissiyasina səfirliklə əlaqəli şəkildə ölkələr arasında əməkdaşlığın təşviqi isiqamətində fəaliyyət göstərməyi tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti