...

Rusiya Federasiya Şurasının Azərbaycanla bağlı əsas prioriteti

Siyasət Materials 1 Dekabr 2016 12:35 (UTC +04:00)
Rusiyanın Federasiya Şurasının (FŞ) beynəlxalq əməkdaşlıq üzrə illik planında əsas prioritetlərindən biri Azərbaycan parlamenti ilə daha intensiv əməkdaşlıqdır.
Rusiya Federasiya Şurasının Azərbaycanla bağlı əsas prioriteti

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın Federasiya Şurasının (FŞ) beynəlxalq əməkdaşlıq üzrə illik planında əsas prioritetlərindən biri Azərbaycan parlamenti ilə daha intensiv əməkdaşlıqdır.

Trend-in məlumatına görə, bu “Gazeta.ru” portalında yer alıb.

Məlumata görə, Azərbaycana bir sıra FŞ nümayəndəsinin səfərləri planlaşdırılıb. Senatorlar Azərbaycan, Özbəkistan, eləcə də Moldova parlamentləri ilə “tamformatlı fəaliyyəti” bərpa etməyi planlaşdırır.

Əsas əməkdaşlıq iqtisadiyyat, energetika sahələrini əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti