...

Almaniya səfiri Gəncədə qaçqınlarla görüşüb (FOTO)

Siyasət Materials 2 Dekabr 2016 10:55 (UTC +04:00)
Almaniya səfiri Mixail Kindsqrab Azərbyacanın ikinci böyük şəhəri olan Gəncəyə səfər edib.
Almaniya səfiri Gəncədə qaçqınlarla görüşüb (FOTO)

Bakı. Trend:

Almaniya səfiri Mixail Kindsqrab Azərbyacanın ikinci böyük şəhəri olan Gəncəyə səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi bir vaxtlar Azərbaycanın paytaxtı olmuş şəhərin iqtisadi potensialı ilə tanışlıq, alman şirkətlərinin layihələrinə baxış və qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq olub.

Səfir Kindsqrab Gəncə şəhərinin İcra başçısı Elmar Vəliyev ilə görüşüb və şəhərdə iqtisadi və siyasi proseslər haqqında müzakirə aparıb. O şəhərin iki böyük iqtisadi obyekti hesab olunan „Gəncə şərab" və avtomobil zavodlarında olub və onların vəziyyəti və gələcək planları ilə tanış olub. Səfir Gəncə Dövlət Aqrar universitetində (Azərbaycanda bu sahədə yeganə olan) alman universitetləri və kənd təsərrüfatı müəssisələri ilə mübadilə proqramı çərçivəsində Almaniyada təhsil almış məzunlarla fikir mübadiləsi aparıb.

GİZ və KFW təşkilatlarının nümayəndələri su təchizatı, kadastr sisteminin yaradılması və yerli özünüidarəetmə sahələrində alman-azərbaycan layihələrini təqdim ediblər. Səfir səfərin ikinci günündə 2013-cü ilin sonunda istifadəyə verilib, əsasən işğal olunmuş Kəlbəcər rayonundan gəlmiş 14000 qaçqının məskunlaşdığı düşərgədə olub. Kəlbəcər icra başçısı Aqil Məmmədovla görüşdən sonra səfir düşərgənin sakinləri ilə görüşüb. Səfir düşərgədə olan məktəbin şagirdlərinə Almaniya futbol federasiyasından olan futbol toplarını hədiyyə edib və balaca məktəblilər bü münasibətlə çox seviniblər.

Qeyd edək ki, M.Kindsqrab (1964) 2016-cı ilin avqust ayından Almaniyanın Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti