...

GUAM PA-nın Bakıdakı iclasının dəqiq tarixi bilindi

Siyasət Materials 2 Dekabr 2016 12:25 (UTC +04:00)
GUAM Parlament Assambleyasının növbəti iclası Bakıda keçiriləcək.
GUAM PA-nın Bakıdakı iclasının dəqiq tarixi bilindi

Bakı. Səba Ağayev - Trend:

GUAM – Demokratiya və İqtsadi İnkişaf naminə Təşkilatın Parlament Assambleyasının növbəti iclası Bakıda dekabrın 15-də keçiriləcək. Bu barədə Trend-ə qurumun katibliyindən məlumat verilib.

İclasın gündəliyində GUAM-a üzv dövlətlərin Avropaya inteqrasiyası proseslərinin müzakirəsi yer alacaq.

Gündəliyə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, çoxtərəfli parlament əməkdaşlığının regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolu, GUAM regionunun enerji potensialı və digər məsələlər daxil edilib.

Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcək

Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcək

İclasda təşkilata üzv dövlətlər – Azərbaycan, Gürcüstan, Moldova, Ukraynadan əlavə, qonaq qismində Baltik Assambleyası, Vışeqrad qrupu və TürkPA nümayəndələri, eləcə də Çexiya parlamentinin vitse-spikeri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti