...

Böyük Britaniyaya viza üçün müraciət edən Azərbaycan vətəndaşları üçün YENİLİK

Siyasət Materials 5 Dekabr 2016 16:55 (UTC +04:00)
Dekabr ayının 2-dən etibarən Birləşmiş Krallıq Viza və İmmiqrasiyası ilə müştərək fəaliyyət göstərən "TLScontact" Azərbaycandan Birləşmiş Krallığa səyahət edən şəxslər üçün iki yeni xidmətə başlayacaq.
Böyük Britaniyaya viza üçün müraciət edən Azərbaycan vətəndaşları üçün YENİLİK

Bakı. Trend:

Dekabr ayının 2-dən etibarən Birləşmiş Krallıq Viza və İmmiqrasiyası ilə müştərək fəaliyyət göstərən "TLScontact" Azərbaycandan Birləşmiş Krallığa səyahət edən şəxslər üçün iki yeni xidmətə başlayacaq. Viza mərkəzindən Trend-ə verilən məlumata görə, yeni “Tələb üzrə Səyyar Xidmət” müştərilərə viza müraciət ərizələrini evlərinin və ya ofislərinin rahat guşəsindən və ya başqa razılaşdırılmış məkandan təqdim etmələrinə imkan yaradacaq.

İkinci yeni xidmət - “Müraciət zamanı pasportun saxlanılması” xidməti, Vizaya müraciət edən şəxslərə viza qərarı verilən müddətə qədər pasportlarını özlərində saxlama imkanı verir.

Səyyar Biometrik xidməti vasitəsilə müştərilər Azərbaycanın hər yerindən, seçimlərinə uyğun olan bir məkandan vizaya müraciət edə bilərlər. Bu xidmət xüsusilə Birləşmiş Krallığa birgə səyahət etmək istəyən böyük qruplar üçün əlverişlidir ( tələbələr, idman komandaları, səyahət qrupları...) və bu xidmət, həmçinin, Bakıda yerləşən Viza Müraciət Mərkəzinə səfər etmək istəməyən, vaxtla bağlı sıxıntısı olan şəxslər üçün daha əlverişlidir. Bu xidmət "TLScontact" heyətinin razılaşdırılmış yerə vaxtında və hazır şəkildə getmələri üçün yalnız görüş vaxtı əvvəlcədən təyin olunmaqla aktiv olunacaq.

Gedişat barəsində ətraflı məlumatlar və əlaqə məlumatları dekabrın 2-ə qədər rəsmi veb səhifəmizdə (https://uk.tlscontact.com/az) yerləşdiriləcək.

Dekabrın 2-dən etibarən fəaliyyətə başlayan digər yeni xidmət olan "Müraciət zamanı pasportun saxlanılması" xidməti müştərilərə viza ərizələrini təqdim etdikdən sonra pasportlarını özlərində saxlamaq imkanı verəcəkdir. Birləşmiş Krallıq Viza və İmmiqrasiyası tərəfindən viza qərarı verildikdən sonra müştəri nəticə barəsində məlumatlandırılacaq və daha sonra pasportun "TLScontact" Viza Müraciət Mərkəzinə gətirilməsi tələb olunacaqdır. Bu xidmət , əsasən, müraciət müddəti ərzində başqa ölkəyə səyahət etmək istəyən şəxslər üçün əlverişlidir. Bu yeni xidmətin rüsumu 42 GBP dəyərində təyin olunub və vizaya müraciət etməzdən öncə onlayn şəkildə ödənilməlidir.

Geniş əlavə dəyər xidmətləri menyusunu tamamlayan bu iki yeni xidmət viza müraciət təcrübəsini sadələşdirmək və artırmaq üçün tərtib olunub. Bu xidmətlər "TLScontact"ın yüksək müştəri təcrübəsi və davamlı yeniliklər mübarizəsində öz əksini tapır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti