...

İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Siyasət Materials 5 Dekabr 2016 18:10 (UTC +04:00)
Prezident İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti