...

Səfir: Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir

Siyasət Materials 5 Dekabr 2016 19:09 (UTC +04:00)
ATƏT ərazisindəki münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir.
Səfir: Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir

Bakı. Anaxanım Hidayətova - Trend:

ATƏT ərazisindəki münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli uzun illərdir ki, ABŞ-ın gündəliyindəki əsas məsələlərdəndir.

Trend-in məlumatına görə, bunu Brüsseldə mətbuat konfransı zamanı ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer deyib.

Onun sözlərinə görə, ABŞ və Minsk qrupunun digər üzvləri Dağlıq Qarabağ münaqişəsini Hamburqda ATƏT Xarici işlər nazirlərinin görüşündə müzakirə etmək niyyətindədir.

O, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini diqqətlə izlədiyini bildirib.

Qeyd edək ki, ATƏT Xarici işlər nazirlərinin görüşü Hamburqda dekabrın 8-9-da keçiriləcək. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti