...

Azay Quliyev ATƏT PA-nın iclasında təkliflərlə çıxış edəcək

Siyasət Materials 5 Dekabr 2016 23:23 (UTC +04:00)
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaqdır
Azay Quliyev ATƏT PA-nın iclasında təkliflərlə çıxış edəcək

Bakı-Trend:

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaqdır. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputatımız Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti