...

Çingiz Qənizadə: DTX-nin "reket" jurnalistlərə qarşı keçirdiyi əməliyyat alqışlanmalıdır

Siyasət Materials 7 Dekabr 2016 14:34 (UTC +04:00)
Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının insanları şantaj edərək onlardan hədə yolu ilə pul alan "reket" jurnalistlərdən ibarət mütəşəkkil dəstəni ifşa etməsi Azərbaycan cəmiyyəti tərəfindən alqışlanmalıdır.
Çingiz Qənizadə: DTX-nin "reket" jurnalistlərə qarşı keçirdiyi əməliyyat alqışlanmalıdır

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının insanları şantaj edərək onlardan hədə yolu ilə pul alan "reket" jurnalistlərdən ibarət mütəşəkkil dəstəni ifşa etməsi Azərbaycan cəmiyyəti tərəfindən alqışlanmalıdır.

Trend-in məlumatına görə, bu barədə millət vəkili Çingiz Qənizadə bildirib.

Millət vəkili bildirib ki, bu əməliyyatlar Azərbaycan cəmiyyətini "reket" jurnalist bəlasından xilas etmək üçündür:

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

"Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları daha bir "reket" baş redaktoru həbs etdi. Peşəkar jurnalistlər, qeyri-hökumət təşkilatları, cəmiyyət Azərbaycanda "xərçəng" xəstəliyi kimi bəla olan "reket" jurnalistlərə qarşı hüquq-mühafizə orqanlarının apardığı belə əməliyyatları alqışlamalı və müdafiə etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti