...

Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

Siyasət Materials 7 Dekabr 2016 16:13 (UTC +04:00)
Elmar Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Szijjártó ilə görüşüb.
Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahına səfər edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı E.Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Szijjártó ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı Əlaqələndirici səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Macarıstanın Bakıdakı səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycanda əlaqələndirici səfiriyi kimi fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti