...

Aİ səfiri: Yol xəritələri ölkədə iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır

Siyasət Materials 8 Dekabr 2016 13:01 (UTC +04:00)
Azərbaycanda təsdiq olunmuş milli iqtisadiyyatın strateji yol xəritələri ölkədə islahatlar və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır
Aİ səfiri: Yol xəritələri ölkədə iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır

Bakı. Anaxanım Hidayətova, Yelena Kosolapova - Trend:

Azərbaycanda təsdiq olunmuş milli iqtisadiyyatın strateji yol xəritələri ölkədə islahatlar və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır.

Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib:

“Avropa İttifaqı Azərbaycanın tərəfdaşı olmaq, iqtisadiyyatın şaxələnməsində və islahatların həyata keçirilməsində ölkəni dəstəkləmək niyyətindədir. 12 yol xəritəsi isə bunun üçün gözəl əsas yaradır”.

Aİ nümayəndəliyinin rəhbəri qeyd edib ki, Aİ Azərbaycanda iqtisadiyyatın diversifikasiyasının dəstəklənməsini hər zaman müzakirə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti