...

İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Siyasət Materials 8 Dekabr 2016 15:36 (UTC +04:00)
Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə başsağlığı verib.
İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti