...

Hamburqda həmsədrlərin təklif etdiyi "3+2" formatında görüş baş tutmadı

Siyasət Materials 8 Dekabr 2016 17:24 (UTC +04:00)
Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT-in 23-cü Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Hamburqda həmsədrlərin təklif etdiyi "3+2" formatında görüş baş tutmadı

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT-in 23-cü Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub:

"Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi "3+2" (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti