...

Azərbaycanda 2025-ci ilə qədər təqribən yarım milyon yeni iş yeri yaradılacaq (YENİLƏNİB)

Siyasət Materials 9 Dekabr 2016 17:31 (UTC +04:00)
Hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır.
Azərbaycanda 2025-ci ilə qədər təqribən yarım milyon yeni iş yeri yaradılacaq (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanda 2025-ci ilə qədər 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, Strateji Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Bu iş yerlərinin yaradılması 3 amilin təsiri nəticəsində mümkün olacaqdır: 1) Strateji Yol Xəritəsi çərçivəsində görülən tədbirlər; 3) digər əlavə tədbirlər və 3) ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi. İqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaq və aşağıdakı dörd xüsusi hədəfə nail olunacaq:

Qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,627 faizlik göstəricidən 2025-ci ilə qədər 4 faizə çatdırılması. İqtisadiyyatın şaxələndirilməsində xarici investorların rolu çox əhəmiyyətlidir. Belə ki, xarici investorların töhfəsi yalnız sərmayə qoyuluşundan ibarət deyil, onlar eyni zamanda yeni sektorlara və dəyər zəncirlərinə daxil olmaq üçün zəruri olan yeni bacarıqlar, texnologiyalar və şəbəkələşmə imkanları gətirirlər. İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektoruna daha çox investisiya cəlb edilməsini tələb edir.

Qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından28 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması. 2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 ABŞ dollarına bərabər olub. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan adambaşına 1500 ABŞ dolları həcmində məhsul ixrac olunub ki, bunun da 90 faizini neft və qaz məhsulları təşkil edib. 29 Mal və xidmətlərin idxalının ixrac ilə balanslaşdırılması iqtisadi müstəqillik və sabitlik üçün son dərəcə vacibdir, lakin neft qiymətlərindən asılılığı azaltmaq üçün daha çox qeyri-neft sektoru məhsullarının ixracına ehtiyac var.

Ticari mal və xidmətlər sektorunda, məsələn istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılması. Vətəndaşlar üçün iş yerlərinin yaradılması daim dövlətin prioritetlərindəndir. Lakin bəzi sektorların iqtisadi təsir imkanları digərləri ilə müqayisədə daha genişdir. İxracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda, yəni beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin (məsələn, turizm və ya nəqliyyat) istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruridir. Ticari mal və xidmətlər sektorunun iştirakçıları beynəlxalq rəqabətlə üzləşirlər və bu da adətən, məhsuldarlıqda sürətli artıma gətirib çıxarır.

Hesablamalara görə, 2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir. Nəzərdə tutulan vəsait bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulmuş hədəflərə təsir baxımından da bünövrə rolunu oynayacaq. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmağa kömək edəcək.

Müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. Bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir və bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

● dövlət büdcəsi;
● büdcədənkənar fondlar;
● Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;
● yerli büdcələr;
● mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;
● birbaşa xarici investisiyalar;
● ölkənin bank sisteminin kreditləri və qrantlar;
● beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı;
● qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti