...

Azərbaycan vətəndaşlığı məsələlərinə baxılması ilə bağlı Əsasnamədə dəyişikliklər edilib

Siyasət Materials 9 Dekabr 2016 21:15 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycan vətəndaşlığı məsələlərinə baxılması ilə bağlı Əsasnamədə dəyişikliklər edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, Əsasnamənin 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:

- səkkizinci abzasa “vəsiqəsinin” sözündən sonra “və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin” sözləri əlavə edilir;

- doqquzuncu abzas aşağıdakı redaksiyada verilir:
“pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla);”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti