...

Əli Əhmədov: Ümummilli lider Heydər Əliyevin xidmətləri heç zaman unudulmayacaq

Siyasət Materials 10 Dekabr 2016 12:46 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.
Əli Əhmədov: Ümummilli lider Heydər Əliyevin xidmətləri heç zaman unudulmayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb:

“Azərbaycan xalqı hər zaman bu dövlətin yaradıcısı və qurucusunu, ümummilli lider Heydər Əliyevi yad edəcək, onun xatirəsini anacaq. Bu, Azərbaycanda bir ənənəyə çevrilib. Hesab edirəm ki, bu, dövlətçilik ənənəsidir, eyni zamanda xalqın dövlətin yaradıcısına etimadı, onun şəxsiyyətinə, xatirəsinə olan hörmət və ehtiramıdır, eləcə də öz dövlətinə olan ehtiramının ifadəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti