...

Astanada “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri” adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Siyasət Materials 12 Dekabr 2016 14:02 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri. Azərbaycanın müstəqilliyinin 25 ili” adlı beynəlxalq konfrans keçirilib.
Astanada “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri” adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri. Azərbaycanın müstəqilliyinin 25 ili” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin Beynəlxalq Türk Akademiyası ilə birgə təşkil etdiyi konfrans ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisinin açılışı ilə başlayıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə ulu öndərin həyatının müxtəlif dövrlərini əks etdirən nəşrlər və fotolar tədbir iştirakçılarında böyük maraq oyadıb. Konfransın rəsmi hissəsi Azərbaycanın dövlət xadimi Heydər Əliyevə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov ümummilli lider Heydər Əliyevin dövlətimizin müstəqilliyi uğrunda əvəzsiz xidmətlərindən danışıb. Diplomat qeyd edib ki, tarixi şəxsiyyətlərdən biri olan dünya miqyaslı siyasətçi Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda ciddi islahat və quruculuq işlərini həyata keçirib. Ümummilli lider Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifi olub.

Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Kıdırəli isə çıxışına Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fikirləri ilə başlayıb: "Böyük insan bu dünyadan köçüb gedəndə günəş sanki daha kiçik olur". Hörmətli Prezident Nursultan Nazarbayev bu fikri Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin vəfatı ilə bağlı söyləmişdi. Azərbaycan günəşsiz, soyuq bir dekabr gününü yaşayırdı. Amma narahatlığa əsas yox idi. Çünki Heydər Əliyev zəkası, müdrikliyi artıq o soyuq günləri gələcəyə daşımayacaq bir məktəb, yeni bir lider formalaşdırmışdı. Bu müdriklik onu xalqın əbədi liderinə, ulu öndərinə çevirdi".

Türk dünyası Ağsaqqallar Şurasının üzvü Adil Axmedov, Tarix İnstitutunun direktoru Burkit Ayaqan, Milli Avrasiya Universitetinin professoru Bolat Komekov və Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Cəfərov ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyindən danışıb.

Qazaxıstanla Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin güclənməsində dahi rəhbərin əvəzedilməz xidmətləri qeyd olunub. Vurğulanıb ki, Heydər Əliyev Türk dövlətlərinin inteqrasiyasına xüsusi önəm verirdi. Türk dövlətlərinin inteqrasiyasına xidmət edən “Böyük ipək yolu” layihəsinin, TÜRKSOY, Türk Yazarlar Birliyi kimi qurumların yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər Heydər Əliyevin çox əhəmiyyət verdiyi türkdilli xalqların, dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün dövlət başçıları Nursultan Nazarbayev, İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti