...

XİN: Azərbaycan həmsədrlərlə birgə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək

Siyasət Materials 12 Dekabr 2016 16:41 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb.
XİN: Azərbaycan həmsədrlərlə birgə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti