...

GUAM yeni işçi orqan yaradır

Siyasət Materials 13 Dekabr 2016 13:24 (UTC +04:00)
GUAM idman və gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsi ilə bağlı yeni işçi orqan - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - yaradır.
GUAM yeni işçi orqan yaradır

Bakı. Səba Ağayeva - Trend:

GUAM idman və gənclər siyasəti sahəsində əməkdaşlıq məsələlərinin əlaqələndirilməsi ilə bağlı yeni işçi orqan - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - yaradır.

Trend-in məlumatına görə, yeni orqanın yaradılması barədə qərar Hamburqda keçirilmiş GUAM Xarici İşlər Nazirlərinin Şurasının iclasında qəbul olunub.

Yeni yaradılan işçi orqan üzv-ölkələrin bu sahədə əməkdaşlıq perspektivlərini müəyyən edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti