...

Deputat: İsrail Baş nazirinin Azərbaycana səfəri əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

Siyasət Materials 14 Dekabr 2016 07:55 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri iqtisadi, siyasi, texniki, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Deputat: İsrail Baş nazirinin Azərbaycana səfəri əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir

Bakı. Samir Əli - Trend:

İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri iqtisadi, siyasi, texniki, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bunu Trend-ə açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, yəhudi və Azərbaycan xalqları arasında münasibətlərin dərin kökləri var:

"Yəhudilər özlərini Azərbaycanda daim rahat hiss ediblər. Sovet dövründə antisemitizmin olduğu bir zamanda yəhudilər Azərbaycanda rahat şəkildə yaşayıb və işləyiblər. Xaricə köçən yəhudilər hətta Azərbaycanı heç zaman unutmur, Azərbaycanı daim özlərinə vətən hesab edirlər".

M.Qasımlı bildirib ki, Azərbaycan-İsrail münasibətləri heç zaman üçüncü dövlətə qarşı yönəlməyib:

"Əksinə, iki ölkə arasındakı əlaqələr İsrailin bəzi ölkələrlə olan gərgin münasibətlərini yumşalda bilər. Fikrimcə, bu səfərdən heç bir ölkə narahatlıq duymamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti