...

Malena Mard: 2016-cı il Azərbaycan-Aİ münasibətləri üçün xüsusi il oldu

Siyasət Materials 15 Dekabr 2016 10:21 (UTC +04:00)
“2016-cı il Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Malena Mard: 2016-cı il Azərbaycan-Aİ münasibətləri üçün xüsusi il oldu

Bakı. Elçin Mehdiyev – Trend:

“2016-cı il Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Xanım M.Mard bildirib ki, məhz bu il Azərbaycan ilə Aİ arasında əməkdaşlığın yeni hüquqi müstəvidə qurulması qərara alındı: “Çünki hazırkı hüquq müstəvisi 1996-cı ildə yaradılıb və daha dərin, daha səmərəli əməkdaşlığı təmin etmək üçün bizə yeni hüquq müstəvisini formalaşdırmaq lazımdır. Biz gələn ilin əvvəlindən bu istiqamətdə danışıqlara başlamağa ümid edirik”.

O vurğulayıb ki, çox nadir hallarda Aİ-dən hansısa bir ölkəyə eyni vaxtda iki yüksək rütbəli rəsmi şəxs səfər edir: “Ancaq cari ilin fevralında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının viste-prezidenti Maroş Şevçoviç Azərbaycana səfər edib. Bundan əlavə, sentyabrda Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib və Azərbaycan "AvroNest" çərçivəsində əməkdaşlığa davam etməyi qərara alıb”.

M.Mard əlavə edib ki, bu il Aİ ilə Azərbaycan arasında dörd alt komitədən üçü üzrə iclaslar keçirilib: “Bu da 2016-cı ilin olduqca əhəmiyyəti olduğuna dəlalət edir. 2017-ci ilə də böyük ümidlər bəsləyirəm. Hesab edirəm ki, 2017-ci ildə çoxsaylı səfərlər olacaq, çünki Azərbaycanla səmərəli idarəçilik, iqtisadiyyat, enerji və digər məsələlərin müzakirəsinə böyük önəm veririrk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti