...

Azərbaycan bu sahəyə ayrılan xərcləri artıracaq (YENİLƏNİB)

Siyasət Materials 16 Dekabr 2016 12:15 (UTC +04:00)
Nazir qeyd edib ki, həmçinin parlamentin saxlanmasına xərclər 850 min manat artırılacaq.
Azərbaycan bu sahəyə ayrılan xərcləri artıracaq (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan mədəniyyət sahəsinə ayrılan xərcləri artıracaq.

Trend-in məlumatına görə, maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında bildirib ki, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş mədəniyyət sahəsinə xərclər 3 milyon manat artırılacaq.

Nazir qeyd edib ki, həmçinin parlamentin saxlanmasına ayrılan xərclər 850 min manat artırılacaq:

"Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyaya aid olmayan sahələrə ayrılan xərclər 2017-ci ildə 282,575 milyon manat, o cümlədən mədəniyyət və incəsənət sahəsinə xərclər 120,79 milyon manat səviyyəsində proqnozlaşdırılır".

Bundan əvvəl parlamentin və onun Aparatının saxlanmasına ümumilikdə 23,089 milyon manat ayırmaq planlaşdırılırdı ki, bu da 2016-cı ilin göstəricisini 394,5 min manat üstələyirdi. Bu xərclərin 71,5 faizi əməkhaqlarının ödənilməsinə sərf ediləcək.

Qeyd edək ki, bu gün Milli Məclis Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfini qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti