...

XİN-in "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" veriləcəkmi?

Siyasət Materials 16 Dekabr 2016 12:48 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Xarici İşlər Nazirliyinin "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" portalı vasitəsilə vizanın necə veriləcəyinə münasibət bildirib.
XİN-in "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" veriləcəkmi?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Xarici İşlər Nazirliyinin "Qara siyahısı"na düşmüş əcnəbilərə "ASAN Viza" portalı vasitəsilə vizanın necə veriləcəyinə münasibət bildirib.

Trend-in məlumatına görə, İ.Kərimov jurnalistlərə deyib ki, arzuolunmaz şəxslərin siyahısı müvafiq dövlət orqanı tərəfindən elektron sistemə daxil edilir:

"Müraciət zamanı sistem bu siyahını yoxlayır. Sistem ümumiyyətlə, müvafiq olaraq bu siyahını yoxlayır. Hər hansı şəxs dövlətin arzuolunmaz şəxslər siyahısındadırsa, həmin şəxsə vizanın verilməsindən imtina edilir. Hər hansı bir şəxsə vizanın verilib-verilməyəcəyi dövlətin müstəsna səlahiyyətidir. Buna heç bir dövlət müdaxilə edə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti