...

Azərbaycan "Zərbə" pilotsuz uçuş aparatının seriyalı istehsalına başlayacaq

Siyasət Materials 17 Dekabr 2016 11:57 (UTC +04:00)
Azərbaycan "Zərbə" pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsalına başlayacaq.
Azərbaycan "Zərbə" pilotsuz uçuş aparatının seriyalı istehsalına başlayacaq

Bakı. Samir Əli - Trend:

Azərbaycan "Zərbə" pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsalına başlayacaq.

Trend-in məlumatına görə, bunu dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir qeyd edib ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının sınaqları uğurla başa çatdırılıb və sentyabrın 21-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə təqdimatı keçirilib.

Onun sözlərinə görə, istehsal olunan PUA “ADEX-2016” sərgisində də nümayiş etdirilib və böyük maraqla qarşılanıb:

"Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti