...

Prezident İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini pisləyib

Siyasət Materials 19 Dekabr 2016 23:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Prezident İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini pisləyib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.

Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti