...

XİN: Azərbaycan Berlindəki faciəvi hadisədə vətəndaşlarımızın olmasını araşdırır

Siyasət Materials 20 Dekabr 2016 13:10 (UTC +04:00)
Biz Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik.
XİN: Azərbaycan Berlindəki faciəvi hadisədə vətəndaşlarımızın olmasını araşdırır

Bakı. Trend:

Biz Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik.

Bu barədə Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Qeyd edək ki, Berlində Milad yarmarkasında yük maşını yüksək sürətlə insanların üzərinə sürülüb. Hücum nəticəsində 12 nəfər həlak olub, 50-yə yaxın adam yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti