...

Azərbaycan və İndoneziyanın yeni əməkdaşlıq istiqaməti

Siyasət Materials 21 Dekabr 2016 22:05 (UTC +04:00)
Azərbaycan və İndoneziya multikulturalizm ideyasının təbliği yollarını müzakirə edəcək
Azərbaycan və İndoneziyanın yeni əməkdaşlıq istiqaməti

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan və İndoneziya multikulturalizm ideyasının təbliği yollarını müzakirə edəcək. Bu barədə Trend-ə İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Tərəflər mədəni və sosial aspektləri dekabrın 22-23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, “Qafqaz” Universiteti və İndoneziyanın Cuanda, Surakarta və Sunana universitetlərinin dəstəyi ilə keçiriləcək seminar çərçivəsində müzakirə edəcək.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənaninin sözlərinə görə, bu gün iki ölkə arasında möhkəm əlaqələr mövcuddur.

Səfir deyib: “İndoneziya və Azərbaycan multikulturalizm, sülh və qarşılıqlı anlaşma ideyalarının təkcə öz ölkələrində yox, həm də qlobal miqyasda yayılması sahəsində əməkdaşlıqlarını inkişaf etdirə bilərlər.”

Diplomat əlavə edib ki, hər iki ölkə multikulturalizm ideyalarının treninqlər, birgə tədqiqatlar, seminarlar vasitəsilə təbliğ olunması istiqamətində işlər həyata keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti