...

Kubadan Azərbaycana çağırış: Sərmayə yatırın (ÖZƏL)

Siyasət Materials 22 Dekabr 2016 08:09 (UTC +04:00)
Kuba hökuməti Azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır
Kubadan Azərbaycana çağırış: Sərmayə yatırın (ÖZƏL)

Bakı. Səba Ağayeva - Trend:

Kuba hökuməti Azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır. Bunu Trend-ə müsahibəsində dekabrın 7-də səlahiyyətlərinin icrasına başlayan Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Onun sözlərinə görə, Kuba hökuməti investisiyaların qorunmasını təmin etməyə hazırdır.

"Kubada 2014-cü ilin mart ayında xarici investisiyalar haqqında qanun quvvəyə minib. Ölkədə azad iqtisadi zonanın yaradılması elan edilib", - deyə Portuondo bildirib.

Onun sözlərinə görə, Azərbaycanlı investorlara maraqlı ola biləcək sahələrini müəyyənləşdirmək lazımdır: "Azərbaycan öz növbəsində əməkdaşlığın inkişafı üçün Kubaya bir çox sahələr təklif edə bilər. Məsələn, energetika sahəsi Kuba üçün maraqlı ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti