...

Prezident İlham Əliyev: Ancaq inkişaf etmiş güclü ölkələrdə idman da inkişaf edir

Siyasət Materials 23 Dekabr 2016 14:14 (UTC +04:00)
Biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq.
Prezident İlham Əliyev: Ancaq inkişaf etmiş güclü ölkələrdə idman da inkişaf edir

Bakı. Trend:

Biz bu il Rio Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanmışıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, bu Oyunlarda 200-dən çox ölkə iştirak edirdi:

"Azərbaycan medalların sayına görə bu ölkələr arasında 18-ci yerə layiq görülüb. Bu, böyük tarixi qələbədir. Bu, həm idmançılarımızın gücünü, eyni zamanda, dövlətimizin gücünü göstərir. Çünki ancaq inkişaf etmiş güclü dövlətlərdə idman da inkişaf edir və gözəl idman nəticələri vardır. Əgər yüksək yerləri tutan ölkələrin siyahısına baxsaq görərik ki, onların mütləq əksəriyyəti zəngin və inkişaf etmiş ölkələrdir. O ölkələrdir ki, onlarda dövlətçilik ənənələri çox böyükdür. Bizim isə cəmi 25 yaşımız var. Biz bu il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və idmançılarımızın qələbəsi bu bayram günlərinə gözəl bir hədiyyə olmuşdur. Yay Olimpiya Oyunlarında medalların sayına görə 18-ci yeri tutmaq doğrudan da böyük və tarixi qələbədir. Onu da qeyd etməliyəm və bunu Azərbaycan idman ictimaiyyəti bilir, bütün vətəndaşlar da bir daha bunu eşitsinlər, biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya miqyasında medalların sayına görə 14-cü yerdəyik, MDB və postsovet məkanında 2-ci və müsəlman aləmində 1-ci yerdəyik. Bu parlaq qələbə münasibətilə mən bir daha bütün idmançılarımızı, məşqçiləri, bütün idman ictimaiyyətini təbrik etmək istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti