...

Türkiyə Baş naziri: Əməkdaşlığımız regional rifah və sabitliyə öz töhfəsini verməkdədir

Siyasət Materials 27 Dekabr 2016 19:40 (UTC +04:00)
Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Türkiyə Baş naziri: Əməkdaşlığımız regional rifah və sabitliyə öz töhfəsini verməkdədir

Bakı. Trend:

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Prezident, əziz Qardaşım. Ad günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuza və gözəl arzularınıza görə Sizə ürəkdən təşəkkür edirəm.

Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən əməkdaşlığımız qardaşlıq əlaqələrimizi möhkəmləndirməkdə, ikitərəfli münasibətlərimizlə birlikdə regional rifah və sabitliyə öz töhfəsini verməkdədir. Əlaqələrimizin qarşıdakı dövrdə də bütün sahələrdə daha da inkişaf edəcəyinə ürəkdən inanır, bunun üçün əlimdən gələn bütün səyləri göstərməyə davam edəcəyimi diqqətinizə çatdırmaq istəyirəm.

Fürsətdən istifadə edərək, dekabrın 24-nə təsadüf edən doğum gününüzü ən səmimi hisslərlə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, qardaş Azərbaycanın rifahı üçün gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti