...

Əli Həsənov: Azərbaycanda insan hüquqlarının qorunmasına mühüm önəm verilir

Siyasət Materials 28 Dekabr 2016 10:48 (UTC +04:00)
Azərbaycanda insan hüquqlarının qorunmasına mühüm önəm verilir.
Əli Həsənov: Azərbaycanda insan hüquqlarının qorunmasına mühüm önəm verilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda insan hüquqlarının qorunmasına mühüm önəm verilir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfransda çıxışı zaman deyib.

Ə.Həsənov bildirib ki, Ombudsman təsisatının yaradılması ilə Azərbaycan bütün dünyaya göstərdi ki, insan hüquqlarına nə qədər böyük əhəmiyyət verir. Baş nazirin müavini vurğulayıb ki, Ombudsman Azərbaycanda insan hüquqlarının qorunması sahəsində xeyli işlər görüb, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan multukulturalizm sahəsində bütün dünyaya bir nümunədir:

“Artıq dünyada Azərbaycanın multukulturalizm modelindən nümunə kimi istfadə olunur. Azərbaycan modelinin dünya modellərindən fərqi ondan ibarətdir ki, multukulturalizm ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələrinin gündəlik həyat tərzinə çevrilib. Ona görə də təsadüfi deyil ki, Azərbaycan modeli bütün dünyaya yayılıb. Azərbaycanın 28 tədris ocaqında multukulturalizm bir fənn kimi tədris olunur. Bu, dünyaya çox böyük nümunədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti