...

Medvedev Azərbaycanla turizm sahəsində əməkdaşlıq sazişini təsdiq edib

Siyasət Materials 28 Dekabr 2016 15:28 (UTC +04:00)
Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib
Medvedev Azərbaycanla turizm sahəsində əməkdaşlıq sazişini təsdiq edib

Bakı. Trend:

Rusiyanın Baş naziri Dmitri Medvedev turizm sahəsində əməkdaşlıq barədə Rusiya və Azərbaycan hökumətləri arasında sazişi təsdiq edib. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Bununla bağlı Rusiya baş naziri müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rusiyanın Mədəniyyət Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanla danışıqlar aparmaq və razılıq əldə olunacağı təqdirdə Rusiya Nazirlər Kabineti adından sazişi imzalamaq tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti