...

Oqtay Əsədov: “Araşdırın görək, bunu kim yazıb?”

Siyasət Materials 30 Dekabr 2016 13:06 (UTC +04:00)
Orta məktəblərdə rus dilli bölmələrinin 8-ci sinifində Azərbaycan və Dağlıq Qarabağ tarixi ayrı kitablar şəklində tədris olunur.
Oqtay Əsədov: “Araşdırın görək, bunu kim yazıb?”

Bakı. Elçin Mehdiyev - Trend:

“Orta məktəblərdə rus dilli bölmələrinin 8-ci sinfində Azərbaycan və Qarabağ tarixi ayrıca kitablarla tədris olunur. Qarabağ Azərbaycan tarixi deyil?”

Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlərin olduğunu deyən S.Novruzov məsələyə aydınlıq gətirilməsini xahiş edib:

“Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.

Məsələyə münasibət buildirən spiker Oqtay Əsədov deyib ki, bu məsələyə aydınlıq gətirilməlidir.

Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bunun təxribat olduğunu bildirib:

“Bir tarix var, o da Azərbaycan tarixidir. Buna kəskin etiraz edirik, bu təxribatın qarşısı alınmalıdır”.

O.Əsədov da yenidən çıxış edərək deyib ki, bu kitabları yazanlar üzə çıxarılmalıdır: “Araşdırın görək, bunu kim yazıb?”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti