...

Azay Quliyev: KTMT baş katibinin bəyanatı qəbuledilməzdir

Siyasət Materials 30 Dekabr 2016 13:16 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbuledilməzdir.
Azay Quliyev: KTMT baş katibinin bəyanatı qəbuledilməzdir

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbuledilməzdir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Azay Quliyev N.Bordyujanın bəyanatını şərh edərkən deyib.

O bildirib: "Birincisi ona görə ki, Bordyuja beynəlxalq hüquq normalarının, BMT TŞ-nin qətnamələrinin və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin tələblərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən işğal edilmiş və separatçılar tərəfindən yaradılmış qondarma bir qurumu "Dağlıq Qarabağ respublikası" adlandırıb. İkincisi, KTMT-nin heç bir üzvü - Qazaxıstan, Qırgızıstan, Belarus, Tacikistan, Özbəkistan, Rusiya və hətta Ermənistan "DQR" adlı bir qurum tanımadığı halda, Bordyujanın bu bəyanatı təmsil olunduğu təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olur. Hesab edirəm ki, bu baş katibin ciddi məsuliyyətsizliyi və özfəaliyyətidir. Düşünürəm ki, işğalçı Ermənistan istisna omaqla,təşkilatın bütün üzvləri baş katibin bu yersiz və əsassız bəyanatına münasibət bildirməlidirlər".

Deputat qeyd edib ki, ən azındən səfirlik səviyyəsində biz onlardan açıqlama və izahat gözləyirik:

"Üçüncüsü, Bordyuja Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimlə baglı bəyanat versə də və atəşkəsin pozulmasına görə ad çəkməsə də, Azərbaycanı ünvan kimi göstərməsi bəzi məsələlərə aydınlıq gətirir. Sanki belə təəssürat yaranır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Bordyuja ilə birlikdə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, yəni Tovuz rayonu ərazisində ölkəmizə qarşı düşünülmüş hərbi təxribat planı hazırlayıblar. Çünki sərhəd bölgəsində silahlı insident baş tutan kimi, dərhal Bordyuya Ermənistanın KTMT tərəfindən müdafiə olunacağını bildirdi və "DQR" ifadəsini işlətdi. Bu bəyanat Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin 5-ci dərəcəli nümayəndəsinin əvvəllər verdiyi bəyanatla üs-üstə düşür. Sual olunur - Bordyuja niyə erməni separatçılarının sözçüsü qismində çıxış edir? Sonda onu da qeyd etmək lazımdır ki, Bordyujanın bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və bununla bir araya sığmır. Ümid edək ki, Rusiyanın müvafiq qurumları baş katibin dostluğumuza xələl gətirə biləcək bu addımına adekvat qiymət verəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti