...

Məşhur jurnalist Farid Zakariya Bakıya gəlir (FOTO)

Siyasət Materials 10 Yanvar 2017 15:38 (UTC +04:00)
ABŞ-da tanınmış politoloq və jurnalist Farid Zakariya Qlobal Bakı Forumunda iştirak edəcək.
Məşhur jurnalist Farid Zakariya Bakıya gəlir (FOTO)

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə F.Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsinin görüşündə bildirilib. Görüşdə həmçinin, NGBM-nin fəaliyyəti, V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb, F.Zakariyanın tədbirdə iştirakının detalları dəqiqləşdirilib. F.Zakariya eyni zamanda Forum iştirakçılarına videomüraciət ünvanlayıb. Müraciətində Bakıya ilk dəfə səfər edəcəyini bildirən F.Zakariya eyni zamanda dünyada baş verən proseslərin gərgin bir vaxtında Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli F.Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi, CNN telekanalında aparıcı olan F.Zakariya “New York Times”, “The Wall Street Journal” kimi nüfuzli nəşrlərdə öz yazıları ilə çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti