...

Nazir: Vətəndaşlarla kobud rəftar edən 6 polis cinayət məsuliyyətinə cəlb edilib

Cəmiyyət Materials 12 Yanvar 2017 19:30 (UTC +04:00)
134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.
Nazir: Vətəndaşlarla kobud rəftar edən 6 polis cinayət məsuliyyətinə cəlb edilib

Bakı. Trend:

Təkcə son 5 ildə vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazir Ramil Usubov Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakla görüşündə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti