...

Azərbaycanlı xanım Fransa Xarici İşlər Nazirliyinin Fəxri medalı ilə təltif edilib (FOTO)

Siyasət Materials 14 Yanvar 2017 11:39 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Zemfira Quliyeva bu ölkənin Xarici İşlər Nazirliyinin Fəxri medalı ilə təltif edilib.
Azərbaycanlı xanım Fransa Xarici İşlər Nazirliyinin Fəxri medalı ilə təltif edilib  (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Zemfira Quliyeva bu ölkənin Xarici İşlər Nazirliyinin Fəxri medalı ilə təltif edilib.

Trend-in məlumatına görə, səfirlikdə təşkil edilən tədbirdə səfir Aureliya Buşez Z.Quliyevanın 25 il ərzində səfirlikdə uğurlu işiini qeyd edib.

Diplomat bildirib ki, Z.Quliyeva Fransa səfirliyinin protokol xidmətində 1992-ci ildən çalışmağa başlayıb. O, eləcədə Azərbaycan və Fransa arasında bir sıra sahələrdə əlaqələrin inkişafında mühüm rolu olub.

Daha sonra Fransa XİN-in fəxri medalını Z.Quliyevaya təqdim edən səfir qeyd edib ki, XVII əsrdə təsis olunan mükafat həm Fransa, həm də xarici ölkə vətəndaşlarına yüksək xidmətlərinə görə verilir.

Mərasimdə çıxış edən Z.Quliyeva səfirə və Fransanın xarici işlər nazirinə təşəkkürünü bildirib. Tədbirdə Z.Quliyevanın yazdığı şeirlər Azərbaycan və fransız dillərində səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti