...

XİN: Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi ilə bağlı spekulyasiya edir

Siyasət Materials 17 Yanvar 2017 13:43 (UTC +04:00)
Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi məsələsi ilə bağlı spekulyasiya edir
XİN: Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi ilə bağlı spekulyasiya edir

Bakı. Səba Ağayeva - Trend:

Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi məsələsi ilə bağlı spekulyasiya edir.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

O deyib: “Azərbaycan həqiqətən də ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməyib. Azərbaycan dəfələrlə ATƏT-ə xəbərdarlıq etsə də, ATƏT-in Yerevan ofisi öz mandatından kənara çıxır və hərbi-siyasi fəaliyyətlə məşğul olur. Söhbət ofisin tədbirlərdə iştirakından, xüsusilə də minaların təmizlənməsi layihələrindən gedir”.

Onun sözlərinə görə, bu cür fəaliyyət Azərbaycanın narazılığına səbəb olur, çünki Yerevan ofisinin münaqişə ilə bağlı məsələlərlə məşğul olmağa səlahiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti