...

Novruz Məmmədov bəzi nazirliklərə irad tutdu

Siyasət Materials 17 Yanvar 2017 13:47 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəzi nazirliklərə irad tutub.
Novruz Məmmədov bəzi nazirliklərə irad tutdu

Bakı. Trend:

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəzi nazirliklərə irad tutub.

Trend-in məlumatına görə, N.Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb:

"Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti