...

Çexiya turizm sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Siyasət Materials 17 Yanvar 2017 15:40 (UTC +04:00)
Çexiya turizmin inkişafı sahəsində öz təcrübəsini bölüşməyə hazırdır
Çexiya turizm sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Bakı. Yelena Kosolapova - Trend:

Çexiya turizmin inkişafı sahəsindəki təcrübəsini bölüşməyə hazırdır.

Trend-in məlumatına görə, bu sözləri Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopust deyib.

O deyib: "Azərbaycanda gözəl hotellər tikilir, burada gözəl təbiət var. Ölkədə böyük imkanlar var, o cümlədən çexiyalı sahibkarlar üçün də imkanlar var".

Masopust həmçinin qeyd edib ki, çex şirkətləri Azərbaycan bazarında artıq bir neçə ildir ki, müvəffəqiyyətlə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti