Bakı. Anaxanım Hidayətova, Yelena Kosolapova - Trend:
Azərbaycan və Banqladeş arasında möhkəm münasibətlər yaradılıb.
Bunu Trend-ə Banqladeşin Azərbaycandakı səfiri Allama Siddiki deyib.
Səfir həmçinin qeyd edib ki, hər iki ölkə mədəni və tarixi əlaqələrə malikdir.
Onun sözlərinə görə, Azərbaycan və Banqladeş qarşılıqlı səmərəli ticarət əlaqələrini inkişaf etdirə bilər. Banqladeş Azərbaycana dərman preparatları, geyim məhsulları və ayaqqabı ixrac edə bilər.
Səfir bildirib ki, Banqladeşdə həmçinin qoyunçuluq, dulusçuluq sənayesi və digər sahələr inkişaf edib və Banqladeş bu sahələrdə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.