...

Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 17 Yanvar 2017 20:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub
Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlandı. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edildi, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olundu. Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti