...

Elmar Məmmədyarov Malayziyalı həmkarı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcək

Siyasət Materials 18 Yanvar 2017 08:29 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya səfəri çərçivəsində 18 yanvar 2017-cı il tarixində Malayziyanın xarici işlər naziri Dato' Sri Anifah Aman ilə görüşü nəzərdə tutulub
Elmar Məmmədyarov Malayziyalı həmkarı ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcək

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya səfəri çərçivəsində 18 yanvar 2017-cı il tarixində Malayziyanın xaelmarrici işlər naziri Dato' Sri Anifah Aman ilə görüşü nəzərdə tutulub.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin, nazirlər beynəlxalq gündəliyə aid olan mövzular, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Elmar Məmmədyarov 19 yanvar tarixində Kuala-Lumpur şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək. İƏT xarici işlər nazirlərinin fövqəladə iclası Rohinqiya müsəlmanlarının vəziyyətinə həsr olunub.

İƏT xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti