...

Yeni tapılan abidələrlə bağlı yeni qaydalar müəyyənləşir

Siyasət Materials 18 Yanvar 2017 14:46 (UTC +04:00)
Azərbaycanda yeni tapılan abidələrlə bağlı yeni qaydalar müəyyənləşir.
Yeni tapılan abidələrlə bağlı yeni qaydalar müəyyənləşir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda yeni tapılan abidələrlə bağlı yeni qaydalar müəyyənləşir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Mədəniyyət komitəsinn bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq. Qanuna əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.

Müvafiq orqanlara məlumat verildikdən sonra həmin orqanlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti