...

İlham Əliyev Davosda “LUKOIL” şirkətinin prezidenti ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 18 Yanvar 2017 19:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
İlham Əliyev Davosda “LUKOIL” şirkətinin prezidenti ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Prezident İlham Əliyev Azərbaycan ilə “LUKOIL” şirkəti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirdi ki, şirkətin Azərbaycandakı fəaliyyəti yaxşı tarixə malikdir. Dövlətimizin başçısı “LUKOIL” şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirdi.

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirdi, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Söhbət zamanı “Şahdəniz” layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, “LUKOIL” tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti