...

Azərbaycan və Özbəkistan arasında çarter reysləri və turpaketlərlə bağlı TƏKLİF

Siyasət Materials 19 Yanvar 2017 10:55 (UTC +04:00)
Azərbaycanla Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan və Özbəkistan arasında çarter reysləri və turpaketlərlə bağlı TƏKLİF

Bakı. Trend:

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində “Fitur-2017” turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərinin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib.

Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti