...

Necdet Ünüvar: "Qara Yanvar" bizim üçün də qara bir gündür"

Siyasət Materials 19 Yanvar 2017 13:10 (UTC +04:00)
"20 Yanvar sadəcə Azərbaycanın kədəri deyil, bu kədəri biz də hiss edirik".
Necdet Ünüvar: "Qara Yanvar" bizim üçün də qara bir gündür"

Bakı. Trend:

"20 Yanvar sadəcə Azərbaycanın kədəri deyil, bu kədəri biz də hiss edirik. "Qara Yanvar" bizim üçün də qara bir gündür".

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar mətbuata açıqlamasında deyib.

Millət vəkili xatırladıb ki, həm Azərbaycan, həm də Türkiyə bayrağında qırmızı rəng var: "Bu qırmızı rəng şəhidlərimizin qanıdır. Onlar həyatlarını itirməsəydilər, canlarını verməsəydilər, biz bu gün rifah içində yaşaya bilməzdik".

N.Ünüvar əlavə edib ki, 20 Yanvar faciəsi Türk dünyasının ən ağrılı günlərindən biridir: "Yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları Bakıya girərək uşaq, qadın, gənc, yaşlı demədən dinc insanlara atəş açdılar. Lakin 20 Yanvar Azərbaycanın müstəqillik və istiqlal yolunda dönüş nöqtəsi baxımından önəmli bir tarixdir. Bu hadisələrdən çox keçməmiş Azərbaycan layiq olduğu müstəqilliyi təkrar qazandı, hər keçən gün inkişaf etdi və hər birimizin qürurla bəhs etdiyi indiki Azərbaycan oldu".

O qeyd edib ki, Qərb dünyası indi olduğu kimi, o vaxt 20 Yanvar hadisələrinə - insanlıq əleyhinə cinayətə də laqeyd qalmışdı: "Bu azmış ki, o dövrdə SSRİ rəhbəri olmuş Mixail Qorbaçova Nobel Sülh Mükafatı verilmişdi".

N.Ünüvar bildirib: "Biz Türkiyə və Azərbaycan olaraq güclərimizi birləşdirməliyik ki, səsimiz daha da güclü çıxsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti