...

Nazir müavini: Yaxın vaxtlarda Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlar başlayacaq

Siyasət Materials 20 Yanvar 2017 11:30 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayacaq.
Nazir müavini: Yaxın vaxtlarda Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlar başlayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir.

M.Məmməd-Quliyev Ümumdünya Ticarət Təşkilatı ilə də danışıqlar prosesinin getdiyini və ilin birinci yarısında Cenevrədə növbəti görüşün keçirilə biləcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti