...

“Lisenziyalar və icazələr” portalı haqqında əsasnamə təsdiq edilib

Siyasət Materials 21 Yanvar 2017 15:57 (UTC +04:00)
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
“Lisenziyalar və icazələr” portalı haqqında əsasnamə təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən “Lisenziyalar və icazələr” portalının (bundan sonra - portal) operatoru İqtisadiyyat Nazirliyi müəyyən edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin; lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin portal vasitəsilə həyata keçirilməsini təmin etmək üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiq etsin; portala inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısını və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün müəyyənləşdirilən son müddətlərin göstərildiyi cədvəli təsdiq etsin; informasiya sistemlərinin portala inteqrasiyası üçün texniki tələbləri təsdiq etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyi portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli; portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli; Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Lisenziya və ya icazə verən, habelə özlərinə məxsus informasiya sistemləri vasitəsilə portalda informasiya mübadiləsində iştirak edən orqanlara tapşırılır ki, lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin bu fərmanda nəzərdə tutulmuş cədvəldə müəyyən edilmiş müddətlərdə portal vasitəsilə həyata keçirilməsini təmin etsinlər; informasiya sistemlərinin bu fərmanda nəzərdə tutulmuş müddətlərdə və bu fərmanda nəzərdə tutulmuş texniki tələblərə uyğun olaraq portala inteqrasiya olunmasını və görülmüş işlərin nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verilməsini təmin etsinlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti