...

20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub (FOTO)

Siyasət Materials 22 Yanvar 2017 10:58 (UTC +04:00)
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda da ehtiramla yad olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, xarici qonaqlar, ziyalılar, iş adamları və SƏK-də yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Rasim Rzayev 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib. Rasim Rzayev bildirdi ki, 1985-ci ildə SSRİ-yə rəhbərlik edən M.Qorbaçov Dağlıq-Qarabağı Azərbaycandan ayırmaq və “Böyük Ermənistan” qurmaq xəyalı ilə yaşayan erməni şovinistlərinə dəstək göstərib. Diplomat Dağlıq-Qarabağ ətrafında 1988-ci ildə cərəyan edən hadisələrin, yürüdülən ayrı-seçkilik siyasəti xalqımızın etirazına səbəb olduğunu diqqətə çatdırıb.

Səfir R.Rzayev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyinin binasına gələrək, burada jurnalistlər qarşısında verdiyi mətbuat konfransında M.Qorbaçovun həyata keçirdiyi məkirli siyasətin ağır fəsadlarını açıqlayıb. Ulu Öndərimiz ifşaedici faktlar əsasında 20 Yanvar faciəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırıb.

Sonra Səfirliyin əməkdaşları - I katibi Mehdi Abdullayev və III katibi İmran Sadıxov, SƏK-də yaşayan həmvətənimiz Yaşar Vəliyev və başqaları 20 Yanvar hadisələri barədə fikir və mülahizələrini bölüşüblər. Çıxışlarda diqqətə çatdırılıb ki, haqq işi uğrunda əzmlə mübarizə aparan Azərbaycan xalqı böyük bir mətanətlə sovet tanklarının qarşısına çıxaraq milli iradəsini ortaya qoyub. Qədirbilən Azərbaycan xalqı öz canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsini həmişə uca tutacaqdır.
Səfirliyin II-ci katibi Elvin Xəlilli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatı oxudu.

Rəsmi hissədən sonra iştirakçılar Səfirlikdə yaradılmış Qanlı Yanvarın dəhşətlərini təsvir edən foromateriallarla tanış olublar.

20 Yanvar – Şəhidlərin xatirə günü ilə əlaqədar Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı SƏK, Bəhreyn və Oman XİN-lərinə, o cümlədən, Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib və orada yayımlanıb.

20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində və onun internet səhifəsində səfir Rasim Rzayevin ingilis və ərəb dillərində məqaləsi dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti